









Tibbi tullantıların idarəetmə prossesi tamamilə avtomatlaşdırılmışdır . Tibbi tullantılatın toplanması , daşınması zamanı Bt Texno servis mobil tətbiqi vasitəsi ilə həyata keçirilir və prosesi tam şəffaf şəkildə izləməyə imkan verir. Beləcə rahatlıq, şəffaflıq, habelə dəqiq qeydiyat aparılması və zibilin hər qramının izlənməsi təmin edilir.
Tibbi tullantıların təhlükəsiz toplanması, daşınması və utilizasiyası prosessində çətinliklərlə üzləşirsinizsə, “BT Texno Servis” ilə əməkdaşlıq sizin üçün ideal seçim ola bilər. Profisionallıq , təhlükəsizlik və şəffaflıq əsas prioritetimizdir. Biz işinizi anlamaq, tələblərinizə cavab verən həllər təklif etmək və ətraf mühiti qorumaq üçün buradayıq. Tibbi Tullantıların iadrəetmə prosesi ətraf mühitə zərər vermədən həyata keçirilir. Ekologiya və təbii sərvətlər nazirliyinin Tullantıların İdarəetmə mərkəzində yerləşən sobalarımız 1250 dərəcəyə çatan temperaturlarda yanmanı təmin edir. Eləcə də, bu insinerator qabaqcıl filtrasiya və ikiqat nəm skruberlə təmizləmə sistemi ilə təchiz olunub. Bu sistemlər tibbi tullantıları tamamilə kül və qaz kimi təhlükəsiz komponentlərə bölməyə və zərərli maddələrin ətraf mühitə atılmasını minimallaşdırmağa imkan verir. Tullantıların ümumi həcmindən yalnız 5% kül qalır. kinci yanma kamerasında yanma maadələrin-qazların- tam zərərsizləşdirilməsi baş verir. Burada onlar daha yüksək temperaturlarda ilə 1100-1500 dərəcə arası isidilir. Bunun hesabına təhlükəli emissiyaların atmosferə düşmə riski sıfıra enir. Maria Koijck tərəfindən çekilmiş 'Əməliyyatım nəticəsində yaranan tibbi tullantılar' videoda görürünür ki, sadəcə bir əməliyyatdan nə həcmdə tibbi tullantı ortaya çıxır. Tibbi tullantıların yandırılması sadəcə proses deyil. Bu, bizim planetimizin gələcəyinə qayğı missiyasıdır. Beləliklə biz hər gün əhalimizin sağlamlığı uğrunda mübarizəmizi davam etdiririk, bir tibbi tullantı ardınca digəri. Bu gün və sabah – qayğı və məsuliyyətlə.
Atmosferə vurulan zərər
1 saat ərzində məhv olunan tibbi tullantılar
Müştəri məmnuniyyəti
BT Texno Servis — tibbi tullantıların yığılması, daşınması və utilizasiyası sahəsində etibarlı və peşəkar tərəfdaşınızdır. Biz hər mərhələdə təhlükəsizlik, şəffaflıq və peşəkarlığa zəmanət veririk. Şirkətimiz bu sahədə bütün zəruri lisenziya və sertifikatlara malikdir və fəaliyyətini yerli və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir. Etibarlılıq və məsuliyyət — BT Texno Servisin əsas dəyərləridir. Biz sağlam gələcək naminə ətraf mühitin qorunmasına töhfə veririk.












































Biz etibarlı həll təminatçısıyıq
© 2023 BT Texno Servis. All Rights Reserved.